BBC News, Azərbaycanca - Xəbərlər

Bu günün xəbərləri

Təhlil

  • Türk lirəsinin enişi: "Cana doymuşuq''

    Türkiyə lirəsi ABŞ dollarına nisbətdə, az qala, hər saat dəyərini itirir. Hələ bir həftə öncə təxminən10 lirəyə bərabər olan ABŞ dolları bu gün - noyabrın 22-də 11.25 TL-yə yüksəlib. İqtisadi böhran ortamında yaşayan əhalinin əsas müzakirə mövzusu da ölkənin gələcəyi, hətta yaxın gələcəyi ilə bağlı duyduqları narahatlıqdır.

  • Əliyev və Paşinyan görüşür, bəs Azərbaycan və Ermənistan arasında gərginlik azalacaqmı?

    Bir neçə gün öncə məlum oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 15-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə görüşəcəklər. Bu xəbərin ardınca, Rusiya dərhal etdi ki, iki lider bu həftənin cümə günü ''Prezident Vladimir Putinin təşəbbüsü ilə'' görüşəcək.

  • 500 dollar rüsum: Türkiyə yük maşınları sürücüləri Azərbaycandan niyə narazıdır?

    Türkiyə ilə Azərbaycan uzun illərdir ki, bir-birini ən yaxın müttəfiq, "iki dövlət tək millət" adlandırır və son illərdə iqtisadi, siyasi, hərbi sahədə yüksək əməkdaşlıq qurublar. Buna baxmayaraq hələ də ticarət sahəsində Türkiyəli iş adamlarının Azərbaycandan umduqları güzəştlər var. Yük daşımaları sahəsində çalışan Türkiyədən olan sahibkarlar Azərbaycanda çətinliklərlə üzləşdiklərini deyirlər.

  • Azərbaycan və Ermənistan arasında gərginlik yenə yüksəldi: səbəb nədir?

    Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərginləşib.

Digər xəbərlər

Covid19

  • Covid-19 simptomları: məndə soyuqdəymədir, yoxsa koronavirusa yoluxmuşam?

    Koronavirus və onun simptomları haqqında getdikcə daha çox məlumat əldə edilir. Tədqiqatçılar deyirlər ki, bəzi insanlar Covid-i baş və boğaz ağrısı və burunaxma simptomları ilə müşahidə olunan "kəskin soyuqdəymə kimi" keçirə bilərlər.

  • Covid-19 əleyhinə ilk həb təsdiqləndi

    Covid əleyhinə ilk həb təsdiqləndi, ABŞ Azərbaycanın da adı keçən "Pegasus" casus proqramı istehsalçısı ilə bağlı qərar verib - BBC News Azərbaycancanın icmalında oxuyun.

Sosial media

"İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur" - İrandan sǝslǝr

İran vətəndaşları Azərbaycanla İran arasında hazırkı gərginliyin səbəbləri və hadisələrin necə inkişaf edə biləcəyi barədə nə düşünürlər? BBC News Azərbaycanca bu mövzuda sıravi iranlılarla söhbətləşib, onların bu məsələ barədə fikirlərini öyrənib.

Həyat

Nə üçün Britaniyada Tanrı haqqında danışmaq və kilsəyə getmək dəb deyil?

Hazırda Britaniyada sözün həqiqi mənasında dini böhran yaşanmaqdadır - insanlar kilsəyə getməməyə başlayıblar və bu qurumu günün tələblərinə cavab verməməkdə günahlandırırlar.

Korlar üçün şəhər. Marburq gözdən əlilliyi olanlar üçün ən rahat yerə necə çevrildi?

Almaniyanın cənub-qərbindəki - Hessen torpağındakı Marburq şəhərini qeyri-rəsmi olaraq Blindenstadt - "korlar şəhəri" adlandırırlar.

Metavers nədir? Texnologiya şirkətləri nə üçün bu sahəyə böyük pullar ayırırlar?

"İnternetin gələcəyi" də adlandırılan metavers texnologiyası virtual dünya ilə reallığı necə qovuşduracaq?

Dərgi

Yeni puritanlar: nə üçün Hollivud öz filmlərində erotik səhnələrdən və seksdən imtina edib?

Müasir cəmiyyət seks mövzularına münasibətdə getdikcə daha açıq hala gəlir, Amerika filmlərində isə əksinə, erotik səhnələrə əvvəlkindən daha az yer verilir. Hollivud yeni puritanizm dövrünə qədəm qoyurmu?

Fotoqalereya

Azərbaycanlılar və ermənilər İkinci Qarabağ müharibəsini anır – şəkillərdə

Azərbaycan və Ermənistan ötən il sentyabrın 27-də aralarında başlamış İkinci Qarabağ müharibəsinin birinci ildönümünü qeyd edir.

Bunları da oxuyun